Martın 2-də saat 11:30 radələrində Qobustan rayonunda Günel Tahir qızı Sadıqovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan BUTA.TV-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı Mürsəl Əlislam oğlu Cabbarov hadisədən sonra özünə xəsarət yetirib.

O xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.