Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Albaniyanın xarici işlər naziri İqli Hasani ilə görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabında paylaşım edilib.

Görüş zamanı ölkələr arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.