İstanbulda təbii qaz xəttində güclü partlayış - Video
Türkiyədə İstanbulun Sultanqazi məhəlləsində yeraltı təbii qaz xəttində partlayış baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə “HaberQlobal” məlumat yayıb.
Məlumata görə, əraziyə çox sayda yanğınsöndürmə, polis və tibb briqadalar göndərilib.
Hazırda hadisə yerində yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.