Azərbaycan Dəmir Yolları QSC-nin xətlərinin söküldüyü iddia edilib.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

İddia edilib ki, xətlər kəsilir, avtomobil yolu salınır.

QSC-dən Obildirilib ki, texnika işləyən ərazi quruma məxsus deyil.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə deyib ki, ərazidə agentlik heç bir iş görmür.