Qanunsuz saxlanılan odlu silah-sursatların əməliyyat yolu ilə aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BUTA.TV-a verilən məlumata görə, növbəti tədbirlər zamanı İsmayıllı rayonunda 3, Göyçayda isə 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri ayrı-ayrı şəxslərdən aşkarlanaraq götürülüb.