Almaniyada naməlum şəxs xəstəxanada insanları girov götürdü
Almaniyanın Axen şəhərində naməlum silahlı şəxs “Luisen” xəstəxanasında insanları girov götürüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Polis hadisə yerinə cəlb olunub, ərazi mühasirəyə alınıb. Xəstəxana ərazisinə xüsusi təyinatlılar göndərilir.
Ölənlər və naməlum şəxsin məqsədi barədə məlumat verilməyib.