ÇL: 1/8 finalın cavab oyunları başlayır
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.
BUTA.TV xəbər verir ki, ilk olaraq iki matç gerçəkləşəcək.
Almaniya çempionu "Bavariya" İtaliyanın "Latsio" komandasını qəbul edəcək. Romadakı ilk görüşdə meydan sahibləri qələbə qazanıblar - 1:0.
Digər oyunda Fransanın PSJ kollektivi İspaniyada "Real Sosyedad"la üz-üzə gələcək. İlk görüşdə Paris klubu qalib gəlib - 2:0.