İmişlidə ticarət obyektində yanğın baş verib.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə İmişli şəhərində vətəndaşlara məxsus ticarət obyektlərinin sırasında qeydə alınıb.

Bir obyektdə başlayan alov digər bir neçə obyektə keçib.

Yanğının söndürülməsinə FHN-nin qüvvələri cəlb olunub.