ABB istifadəçilərinə mühüm xəbərdarlıq: Əlavə vəsait silinir
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bu barədə bankın mobil tətbiqində istifadəçilərə göndərilən bildirişdə qeyd olunub.
"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq", - məlumatda bildirilib.
Bank müştərilərdən yaranmış narahatlığa görə anlayış göstərmələrini xahiş edib.