Şabranda itkin düşən kişinin meyiti göldə tapıldı
Şabran rayonunda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Hacıqaraqaşlı kəndində baş verib.
Məlumata görə, itkin düşən Çölquşçu kənd sakini, 1974-cü il təvəllüdlü Kamil Mirzəyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kənddə yerləşən göldə tapılıb.
Faktla bağlı araşdırma aparılır.