Şəmkirdə itkin düşən yeniyetmənin meyiti tapılıb.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

2012-ci il təvəllüdlü F.Rzayevin yaşadığı evin arxa hissəsində meyiti tapılıb.

14 yaşlı yeniyetmənin ölüm səbəbi məlum deyil. Onun dünəndən itkin düşdüyü bildirilir.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.