IV və VI siniflər üzrə monitorinqlərdə narahatedici nəticələr qeydə alınıb.

BUTA.TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, IV və VI siniflər üzrə keçirilən monitorinqlərin nəticələrinə əsasən, bəzi siniflərdə şagirdlərin 50-70 faizi minimal təhsil standartlarına cavab vermir.

Onun sözlərinə görə, belə siniflərin sayı az deyil.