Bakıda yaşadığı evdə xəsarət alan ahıl kişi vəfat edib.

BUTA.TV xəbər verir ki, iyunun 28-də 1947-ci il təvəllüdlü Əmralı Şirəli oğlu Şirəliyev yaşadığı Əliyar Əliyev küçəsindəki evində ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən Ə.Şirəliyev iyulun 2-si orada ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.