Bakıda 72 yaşlı kişinin meyiti tapılıb.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini - 1954-cü il təvəllüdlü Bahadır Əliövsət oğlu Hüseynovun üzərində zorakılıq əlamətləri görünməyən cəsədi öz evində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.