Əli Tahir oğlu Nəbiyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilib.

BUTA.TV Report-a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O bu vəzifədə Balarəhim Mirzəağa oğlu Quliyevi əvəz edib.

Qeyd edək ki, Əli Nəbiyev bu təyinatadək Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.