Bakıda qadın dənizdə boğulub.

BUTA.TV Report-a istinadla xəbər verir ki, Buzovna qəsəbəsinin ərazisində yerləşən çimərlikdə Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Zeynəb Muxtar qızı Cödel suda boğulub.

Z.Cödelin meyiti sudan çıxarılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.