Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə ölümü qeydə alınıb.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, 5 aylıq hamilə, rayonun İqrığ kənd sakini 2003-cü il təvəllüdlü S.Əmrahovanın antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.