Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapılıb.

BUTA.TV xəbər verir ki, Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan və axtarışları davam edən 2015-ci il təvəllüdlü Yaqub Zabil oğlu Abutalıbovun meyiti Fövqaladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən tapılaraq adiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma aparılır.