İsmayıllıda ağır qəza: 3 ölü
İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə Qurbanəfəndi kəndi istiqamətində yolda baş verib.
Məlumata görə, “Opel” markalı minik avtomobili və motosikletin toqquşması nəticəsində avtomobildə olan 2 nəfər, eləcə də motosikiletin sürücüsü ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.