Bakıda meyit tapılıb.

BUTA.TV lent.az-a istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisindəki evlərdən birinin həyətində kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin ünvanda yaşayan, 1978-ci il təvəllüdlü Habil Bayram oğlu Qurbanov olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.