Ruslan Hacıyev Dövlət Turizm Agentliyinin Quba Regional Turizm İdarəsinə (Quba, Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarını əhatə edir) yeni rəis təyin edilib.

BUTA.TV Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev əmr imzalayıb.

Qeyd edək ki, Ruslan Haciyev uzun illər Quba rayonu Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.