Hacıqabulda qatar 53 yaşlı kişini vuraraq öldürüb.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib.

Belə ki, Bakı-Gürcüstan sürət qatarı Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Arif Şirin oğlu Ataşovu vuraraq öldürüb.

Meyit tanınmaz hala düşüb.

Faktla bağlı araşdırma aparılır.