Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tiflis dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tiflis qatarının hərəkətində gecikmə qeydə alınıb.

BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.

Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.