Xəbər verdiyimiz kimi, dünən Sumqayıt şəhərinin Corat qəsəbəsində Ümid Taməddin oğlu Hüseynli dənizdə boğularaq həyatını itirib.

BUTA.TV Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Ümid əslən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndindən olub.

Onun atası Taməddin Hüseynov 3 saylı Babək–Şahbuz–Kəngərli Dairə Seçki Komissiyasının sədridir.

Qeyd edək ki, Ümid Hüseynli Qubadlı Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışırdı. O, prokurorluq orqanlarına qəbul imtahanında yüksək nəticə göstərərək bu məsul vəzifəyə qəbul olunmuşdu.