Bakıda 107 saylı marşrut xətti ilə hərəkət edən avtobus eyni istiqamətdə olan yük maşınının arxasına çırpılıb.

BUTA.TV lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində qeydə alınıb.

Qəza zamanı avtobusda sərnişinin olmadığı bildirilib.

Buna baxmayaraq, avtobusa ciddi ziyan dəyib.