Naxçıvan Muxtar Respublikası (MR) Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi direktoruna yeni müavin təyin edilib.

BUTA.TV” xəbər verir ki, Naxçıvanın Baş naziri Cabbar Musayevin Sərəncamı ilə eks-deputat Cəbi Quliyev bu vəzifəyə gətirilib.  

C.Quliyev bu təyinata qədər Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Cəbi Quliyev 2020-2024-cü illərdə Milli Məclisin Ordubad-Culfa seçki dairəsindən deputat olub.