Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
Bakı-Şamaxı yolunun Hökməli dairəsi yaxınlığından keçən hissəsində maraqlı hadisə baş verib.
“BUTA.TV” xəbər verir ki, bir neçə cins at magistral yol boyunca - avtomobillərin sürətlə və intensiv hərəkət etdiyi yerdə qaçarkən görüntülənib.
Atların baxlmlı və cins növdən olması maraqla qarşılanıb.
Onların nəzarətsiz qalmaları və hansısa təsərrüfatdan qaçdıqları ehtimal edilir.