Sumqayıt sakini dənizdə çimərkən boğularaq ölüb.

BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında baş verib.

Şəhər sakini, 1961-ci il təvəllüdlü Eldar Ləzgi oğlu İsayev dənizdə çimərkən boğulub.

Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.