Bakıda dənizdə iki nəfər boğulub.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə Şıxov çimərliyində baş verib.
Dənizdə batan iki qadının meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.