Bakı şəhəri, Yasamal rayonu ərazisində açıq sahədə yanğın baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda açıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.