Polis Masallıda əməliyyat keçirdi: 9 kq narkotik aşkarlandı
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.
DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan BUTA.TV-a verilən məlumata görə, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Rəfail İsayev saxlanılıb. Onun idarə etdiyi avtomobildən 9 kiloqram narkotik vasitə aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.