ABŞ-ın Alyaska ştatının qərbində “Cessna 441” təyyarəsi qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası məlumat yayıb.

Bildirilib ki, təyyarənin göyərtəsində olan 8 nəfər – 2 ekipaj üzvü və 6 sərnişin həlak olub.

Məlumata görə, Ankoric şəhərindən havaya qalxan təyyarə Keyp Nyuenhem ərazisində qəzaya uğrayıb.

Faktla bağlı araşdırma aparılır.