ABŞ-da yeni inşa olunan aviadaşıyıcıya Donald Trampın adı verilə bilər.

BUTA.TV xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb.

Məlumata görə, əvvəlcə aviadaşıyıcıya ABŞ-ın Hərbi-dəniz xaçı ilə təltif olunan ilk qaradərili matrosu Doris Millerin adını vermək istəyiblər.

Hazırda ölkənin Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi aviadaşıyıcıya Trampın adının verilməsi məsələsinə baxır.