ABŞ qüvvələri İran limanlarını blokada etməyə davam edərkən, Şri-Lanka sahillərində İran bayrağı altında üzən 10-dan çox tanker qalıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Şri-Lankanın iqtisadi zonasında İran dövlət qurumlarına məxsus təxminən 10-dan çox tanker qalır.

Şri-Lankanın Limanlar Nazirliyi sahildə İran tankerlərinin qalmasından xəbərsiz olduqlarını bildirib. Xarici İşlər Nazirliyi isə şərh verməkdən imtina edib.