Polyakların 50 faizindən çoxu Ukraynaya silah tədarükünə qarşıdır.

BUTA.TV xəbər verir ki, bu barədə "Pollster" tədqiqat mərkəzi tərəfindən “Portal Obronny” saytı üçün aparılan sorğunun nəticəsində deyilir.

Sorğuya görə, respondentlərin 53%-i bu mövqedədir. Respondentlərin 36%-i Kiyevə silah tədarükünü dəstəkləyir. Respondentlərin 11%-i isə bu məsələ ilə bağlı heç bir fikir bildirməyib.

Qeyd olunur ki, 2022-ci ilin dekabr ayında polyakların 77%-i Ukraynaya silah tədarükünü dəstəkləyib.

Sorğu 19-20 avqust tarixləri arasında onlayn şəkildə aparılıb və 1001 yetkin polyak iştirak edib.