ABŞ-da təyyarə qəzası: ölənlər var
ABŞ-ın Alyaska ştatında kiçik mühərrikli “Piper PA-24” təyyarəsi qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “AP Nyus” məlumat yayıb.
Məlumata görə, Ankoric – Seldoviya reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 4 nəfər həlak olub.
Qəzanın səbəbi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.