Builki imtahanlarda iştirak edərək 600-dən çox bal toplayan 30 abituriyent ali məktəbə qəbul olunmayıb.

BUTA.TV” xəbər verir ki, bu barədə DİM-in nəşr etdiyi “Abituriyent” jurnalının 7-ci sayında məlumat qeyd edilib.

Bu abituriyentlərin hamısı IV ixtisas qrupu üzrə imtahanlarda iştirak edənlərdir.

Digər qruplarda 600-dən çox balla müsabiqədən kənarda qalan abituriyentlər yoxdur. 

Qeyd edək ki, bu il IV qrupda ATU-nun Tibb fakültəsinə keçid balı 692 bal (ingilis dilində tədris) və 638 bal (Azərbaycan dilində tədris) olub.

Gülnar Əliyeva