Pakistanda əməliyyat: 11 terrorçu öldürüldü
Pakistan ordusu Hayber-Paxtunxva və Bəlucistan əyalətlərində terrorçulara qarşı əməliyyatlar keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Daun” qəzeti məlumat yayıb.
Məlumata görə, Bannu şəhərində keçirilən əməliyyatda 2 terrorçu öldürülüb, silah-sursat ələ keçirilib.
Ladha bölgəsində isə 5 terrorçu zərərsizləşdirilib. Bəlucistanın Xuzdar rayonunun Sasool rayonunda keçirilən əməliyyat zamanı daha 4 terrorçu məhv edilib.
Bildirilib ki, təhlükəsizlik qüvvələri bu əməliyyatda kvadrokopterdən də istifadə edib.