Amerikalıların 68-70%-i Ukraynanı dəstəkləyir, Rusiyanın fəaliyyətini isə yalnız 2%-i bəyənir.

BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kit Kelloq deyib.

Kelloq ukraynalılara Vaşinqtona qulaq asmamağı tövsiyə edib və amerikalıların ümumiyyətlə Ukraynanın mübarizəsini dəstəklədiyini vurğulayıb.

"Amerikalıların 68-70%-i Ukraynanı dəstəkləyir, yalnız 2%-i isə Rusiyanın etdiyini dəstəkləyir. Bu, Amerika xalqının Ukraynanın tərəfində olduğunu göstərir. Vaşinqtona qulaq asmayın. Vaşinqtonun öz baxış bucağı var. Buna görə də onu "bataqlıq" adlandırırlar. Lakin amerikalılar ümumiyyətlə Ukraynanın mübarizəsinə heyran qalır, onu başa düşür və ukraynalıları dəstəkləyirlər", - deyə o qeyd edib.

Kelloq qeyd edib ki, Rusiyadan xeyli kiçik olan Ukrayna təcavüzkar ölkəni məğlubiyyət həddinə çatdıra bilər.