Ukrayna ordusu Rusiyanın Yaroslavl vilayətində yerləşən neft emalı zavodunu vurub.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, zərbələr Moskvadan təxminən 280 kilometr şimal-şərqdə yerləşən “Slavneft-YANOS” neft emalı zavodunda yanğına səbəb olub.

Zərərin miqyası hazırda qiymətləndirilir.