Ötən gün Rusiya ordusunun Kiyev regionunda yerləşən Buça rayonuna hücumlarında 27 nəfər ölüb.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb.

Bildirilib ki, hücum nəticəsində 40-dan çox adam xəsarət alıb.

Ətraf ərazilərdə yaşayan 400-ə yaxın insan təxliyə edilib.