Zimbabvedə Harare - Çivhu magistral yolunda marşrut avtobusu ilə yük maşını toqquşub.

BUTA.TV xarici mediaya istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 23 nəfər qəza yerində ölüb, 2 nəfər isə aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Yük maşınının sürücüsü də daxil olmaqla daha iki nəfər kritik vəziyyətdədir və tibbi yardım alır.