ABŞ Prezidenti Donald Trampın Hyustona səfəri zamanı uçuş məhdudiyyətlərini pozan beş təyyarə ələ keçirilib.

BUTA.TV xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.

“29 avqustda F-16 təyyarələri Texas ştatının Hyuston şəhəri üzərində Federal Aviasiya Administrasiyası tərəfindən tətbiq edilmiş müvəqqəti uçuş məhdudiyyətlərini pozan beş ümumi aviasiya təyyarəsini ələ keçirib.

Bütün ümumi aviasiya təyyarələri təhlükəsiz şəkildə ərazidən çıxarılıb", - açıqlamada bildirilib.