Şimali Kipr Türk Respublikası sahillərində 279 sərnişinin olduğu gəmi batmağa başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Şimali Kipr mətbuatı məlumat yayıb.

“Girnə sahillərindən təxminən 2-2,5 kilometr aralıda üzən gəminin kapitanı arxa hissədən suyun dolduğunu görüb geri qayıtmağa çalışsa da, bu cəhd uğursuz olub”, - məlumatda qeyd olunub.

Hazırda xilasetmə əməliyyatları aparılır.

Gəminin batma səbəbi bilinmir.