İslandiyada Avropa İttifaqına üzvlüklə bağlı referendumun nəticələri Rusiyanın xeyrinə siyasi nəticə kimi qiymətləndirilib.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, Avstriyanın “Avropa NATO Genişlənməsi Komitəsi” adlı qeyri-hökumət təşkilatının rəhbəri Günter Ferlinqer səsvermənin nəticələrini Rusiya üçün “qələbə” adlandırıb.

Ferlinqer X platformasındakı paylaşımında “Putin bizi yenə məğlub etdi” ifadəsini işlədib.

İslandiyanın ictimai yayımçısı RÚV-nun yaydığı ilkin məlumatlara əsasən, 99 mindən çox seçici ölkənin Aİ-yə üzvlük danışıqlarının bərpasına qarşı çıxıb. Bu, səslərin 52,5 faizinə bərabərdir. Bununla belə, həmin vaxt referendumun yekun rəsmi nəticələri hələ açıqlanmayıb.

Səsvermənin nəticəsinin Brüssel üçün də məyusedici olduğu bildirilir.