Fransanın cənubundakı Marsel şəhərində atışma nəticəsində ən azı bir nəfər ölüb və dörd nəfər yaralanıb.

BUTA.TV xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Atışma avqustun 29-dan 30-na keçən gecə baş verib. İlkin məlumatlara görə, münaqişənin səbəbi narkotik ticarəti ola bilər.

Telekanalın məlumatına görə, iki şübhəli hadisə yerindən qaçıb. Polis araşdırmaya başlayıb.