Nepal və Tibet sərhədində baş verən fəlakətli daşqınlardan sonra təxminən 85 amerikalıdan hələ də xəbər yoxdur.

BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot açıqlayıb.

Tommi Piqot 9 amerikalının təhlükəsiz şəkildə təxliyə edildiyini bildirib. Onun sözlərinə görə, hazırda ABŞ vətəndaşlarının ölümü barədə məlumat yoxdur.

Qeyd edək ki, Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 788 nəfərə çatıb.