Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ-ın Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serxio Qorla görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Prezident Sadır Japarov ABŞ-a səfər etmək istəyən Qırğızıstan vətəndaşları üçün viza tələblərinin sadələşdirilməsinin vacibliyini vurğulayıb. Xüsusilə, Qırğızıstan vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsi ilə bağlı praktik həllər tapmaq imkanları, o cümlədən viza depoziti tələbinə və müvafiq məhdudiyyətlərə yenidən baxılması müzakirə edilib”,- məlumatda bildirilib.