Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi - Video
Paytaxtın Nəsimi rayonunda sahibsiz it piyadalara hücum edib.
“BUTA.TV” xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində - Hüseyn Rəsulbəyov küçəsində qeydə alınıb.
Yayılan görüntülərdən sahibsiz itin ana ilə uşağına hücum etdiyi, qadının azyaşlını qorumağa çalışdığı və yıxıldığı görünür.
Onların köməyinə ətrafdakı insanlar çatıblar.
Görüntüləri təqdim edirik: