İspaniyada yay mövsümündə ekstremal isti hava səbəbindən 5232 nəfər ölüb.

BUTA.TV xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Məlumata görə, yalnız cari ilin avqust ayında yüksək temperatur səbəbindən 2 147 nəfər həyatını itirib:

“Hazırkı göstəricilər artıq əvvəlki illərin maksimum səviyyələrini ötüb. 2022-ci ildə 4 789, 2023-cü ildə isə 3 035 ölüm halı qeydə alınıb. Bu yay istinin fəsadları nəticəsində ölənlərin böyük əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir. Bu kateqoriya üzrə 5 048 ölüm hadisəsi olub. Ən həssas qrup isə 85 yaşdan yuxarı şəxslər olaraq qalır”.